Keçmiş prezidentə pis xəbər

Abunə olmaq
"Yanukoviç və administrasiyasına aid 1,5 milyard dollarlıq vəsait dövlət büdcəsinə köçürülməlidir"

BAKI, 28 aprel — Sputnik. Ukraynada məhkəmə, sabiq prezident Viktor Yanukoviçin 1,5 milyard dollarlıq sərvətinin müsadirəsini təsdiqləyib. Sputnik Azərbaycan bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. Qərarı məhkəmənin sonuncu instansiyası verib.

"Yanukoviç və administrasiyasına aid 1,5 milyard dollarlıq vəsait dövlət büdcəsinə köçürülməlidir" – məhkəmə qərar verib.

Məhkəmə iclasından sonra, hazırkı prezident Petro Poroşenkonun göstərişi ilə Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov və Baş prokuror Yuri Lutsenko qərarı icra etmək üçün "Oşadbank"a gediblər.

Xəbər lenti
0