Meteohəssas insanlar, qarşıdakı 3 günə diqqət!

Abunə olmaq
Aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

BAKI, 28 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək.

Günəşli hava - Sputnik Azərbaycan
Gözlənilən hava şəraitindən xəbərdar olun

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0