BAKI, 28 aprel — Sputnik. ABŞ hərbçiləri Yəməndə “Ərəbistan yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.
Rusiya mətbuatının xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.
“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib” — Devis qeyd edib.
Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib.