BAKI, 28 aprel — Sputnik. Rusiya Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuku beynəlxalq axtarışa verib.
Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.
O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanlarının İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə Yatsenyukun "Arqo" və "Vikinq" dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib.