BAKI, 27 aprel — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi qəbul edilərsə, buna nəzarət önəmli məsələdir. Nəzarət mexanizmi vacibdir. Bu olmasa, qanun işləməyəcək. Cərimələr, cəzalar mütləq tətbiq edilməlidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib. Onun sözlərinə görə, burada maarifləndirmə mühüm məsələdir.
"Məsələn, Ukraynada açıq havada xüsusi yerlər ayrılıb. Hava limanında açıq havada siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb" — nazir müavini qeyd edib.