İsraildən qalmaqallı etiraf

© AFP 2024 / JACK GUEZİsrail qırıcı təyyarə,arxiv şəkli
İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dəməşq aeroportunun bombalanması ilə bağlı mühüm fakt üzə çıxıb

BAKI, 27 aprel — Sputnik. Suriyanın paytaxtı Dəməşqdəki Beynəlxalq Hava Limanının yaxınlığında ötən gecə törədilən partlayışla bağlı ilginc fakt ortaya çıxıb. Sputnik xəbər verir ki, İsrail dövləti dolayı yolla hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə İsrail kəşfiyyatının rəhbəri Yisrael Katz açıqlama verib: "İranın Hizbullaha silah ötürməsinin qarşısını alacağımızı hər zaman söyləyirik. Bu, bizim təhlükəsizlik siyasətimizin ən əsas hissəsini təşkil edir".

Qeyd edək ki, Suriya rejiminin rəsmi xəbər agentliyi "SANA", partlayışın İsrail tərəfindən gerçəkləşdiyini açıqlamışdı.

Xəbər lenti
0