Baş nazir jurnalistlərdən xahiş etdi: "Onunla görüşmək istəyirəm"

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidРайон Минато в Токио
Район Минато в Токио - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci Dünya müharibəsində qalib gələn SSRİ Yaponiyaya məxsus bəzi adaları öz ərazisinə daxil edib. SSRİ dağılandan sonra adalar Rusiyanın tərkibində qalıb.

BAKI, 27 aprel — Sputnik. Rusiyada səfərdə olan Yaponiya baş naziri Sindzo Abe media vasitəsilə Vladimir Putindən bir xahiş edib. O, iki ölkə arasında yekun sülh sənədinin imzalanması üçün Vladimir Putinlə danışmaq istədiyini söyləyib. Sputnik Azərbaycan bu barədə ABC-ə istinadən xəbər verir.

"Vladimir Putinlə görüşüb, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıq aparmaq istərdim. Sülh müqaviləsindən başqa, ikitərəfli münasibətləri, ölkələrimizin təhlükəsizliyini və regiondakı vəziyyəti müzakirə etmək yaxşı olardı" — Abe deyib.

Qeyd edək ki, İkinci Dünya müharibəsində qalib gələn SSRİ Yaponiyaya məxsus bəzi adaları öz ərazisinə daxil edib. SSRİ dağılandan sonra adalar Rusiyanın tərkibində qalıb.

Xəbər lenti
0