Rejissor Natiq Novruzov Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynli barədə filmlərini davam etdirərək "Xüsusi təyinatlı İbad 2" bədii filmini çəkəcək.
Rejissorun fikrincə, ölkəmizdə bu tipli filmlər daha çox çəkilməlidir.
"Bu cür filmlər həm xalqın, həm də əsgərlərimizin döyüş ruhunu yüksəldərək hamını birləşdirir. Biz torpaqlarımız uğrunda mübarizəni sonadək davam etdirməli və xalqımızın qəhrəman oğullarını unutmamalıyıq" — Novruzov bildirib.