BAKI, 27 aprel — Sputnik. Avropa Parlamentinin hüquqi məsələlər üzrə komissiyası Fransanın radikal sağçı "Milli cəbhə" partiyasının sədri, həmçinin prezidentliyə namizəd Marin Le Penin deputat toxunulmazlığını ləğv edə bilər.
Sputnik Azərbaycan bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir. AP-dəki müzakirənin iyun ayında başlaması nəzərdə tutulur.
Xatırladaq ki, aprelin 18-də Avropa Parlamenti Marin Le Penin deputat toxunulmazlığının ləğvi ilə bağlı Fransadan bildiriş almışdı.