BAKI, 27 aprel — Sputnik. Berlinin Kroysberq rayonunda xəstəxananın təcili yardım şöbəsində atışma baş verib.
Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, bir nəfər polislərə hücum edib. Hücum edən kişi ayağından yaralanıb və hazırda klinikadadır. Onun motivləri bəlli deyil.