BAKI, 27 aprel — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan MN-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.