Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

91 şagirdin yazıb-oxumağı bacarmamasının səbəbi nədir?

© Sputnik / Murad OrujovЭтибар Алиев, эксперт в области образования
Этибар Алиев, эксперт в области образования - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, şagirdlərin dərslərdən yayınmasının qarşısı alınmalıdır

Etibar Əliyev: “Həmin şagirdlər heç məktəbə gəlməyiblər”
Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmadığı məlum olub. Təhsil üzrə ekspert Etibar Əliyev Sputnik Azərbaycana deyir ki, bu göstərici elə də böyük deyil: “Statistika 9-11-ci sinif şagirdlərinin ümumi sayına daxildir. Ola bilsin ki, həmin şagirdlər heç məktəbə getməyiblər. Digər tərəfdən bütün dünyada funksional savadsızlığın azaldılması istiqamətində işlər görülür. Eyni zamanda bizdə də o cür ciddi işlər aparılmalıdır”.

“Söhbət savadsılıqdan gedirsə, bir neçə fənnin elementar hissəsini bilməyən şagirdlərin də sayı çox ola bilər. Funksional savadsızlığın azaldılması üçün mütləq şəkildə şagirdlərin dərslərdən yayınmasının qarşısı alınmalıdır. Əslində XXI əsrdə belə hallara yol verilməsi məqbul sayıla bilməz. Bu statistikada 91 nəfər olması onu göstərir ki, valideynlər də bu istiqamətdə hər hansı addım atmayıblar” – deyə o bildirib.

Xəbər lenti
0