BAKI, 26 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, türk ordusunun Suriya və İraqda PYD-YPG yaraqlılarına qarşı başladığı hərbi əməliyyata münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda deyilir: "Beynəlxalq Koalisiya bu əməliyyatı dəstəkləmir. Türk ordusunun əməliyyatından ciddi narahatlıq duyuruq. Bu narahatlığımızı Ankaraya da çatdırdıq".
Prezident Rəcəb Tayyib Ərdoğan da ordunun başlatdığı əməliyyatla bağlı açıqlama verib. "Hərbi əməliyyata başlamadan öncə ABŞ və Rusiyaya məlumat verdik. Terrorçular yox edilənə qədər əməliyyatlar davam edəcək" — Ərdoğan bildirib.
Qeyd edək ki, rəsmi Ankara PYD və YPG-ni PKK terror şəbəkəsinin qolları hesab etdiyi üçün, onların Suriya və İraqda möhkəmlənməsinə imkan verməyəcəyini bəyan edir.