Mirsiyab Abdullayev uşaqlıq arzularını Bərdədə həyata keçirməyə başladı. Çay daşlarından, ağaclardan, sement-beton qarışığından istifadə etməklə müxtəlif heyvanların, quşların fiqurlarını, heykəllərini düzəldir.
Toylarda aparıcılıq edən Mirsiyab Abdullayev qazancının yarıdan çoxunu bu işə xərcləyir. Heykəltəraşlıq təcrübəsi, təhsili olmayan Abdullayev, həyətində quraşdırdığı fəvvarəni cəmi 10 günə hazır edib.
Gələcək planları haqqında danışan Mirsiyab Abdullayev, həyətində Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaltmaq istəyir.