BAKI, 26 aprel — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və içərisindəki əşyalar qismən yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaradağda sübh həyacanı
10:48 26.04.2017 (Yenilənib: 20:58 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Ümumi sahəsi 16 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və içərisindəki əşyalar qismən yanıb