BAKI, 26 aprel — Sputnik. Birləşmiş Ştatlar Koreya yarımadasında davam edən gərginliklə əlaqədar, müttəfiqi Cənubi Koreyada THAAD raket əleyhinə müdafiə sistemini yerləşdirməyə başlayıb. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın Müdafiə Nazirliyi də təsdiqləyib.
"THAAD sisteminin ölkəmizdə yerləşdirilməsində əsas məqsəd Şimali Koreyadan ola biləcək təhlükənin qarşısını erkən almaqdır" — nazirlikdən bildirilib.
Məsələ ilə bağlı Şimali Koreyadan hələlik rəsmi açıqlama verilməyib.