CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq min manatınız varsa, onu itirə bilərsiniz

© Sputnik / Andrey Telichev / Mediabanka keçidMenyu oxuyan kişi, arxiv şəkli
Menyu oxuyan kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Menyu və qiymət cədvəli sifariş götürməzdən əvvəl müştəriyə təqdim edilməlidir

BAKI, 26 aprel — Sputnik. Qarşıdan yay mövsümü gəlir. Qışda fəaliyyətinə fasilə vermiş istirahət mərkəzləri də fəaliyyətini bərpa edir. İnsanlar may ayının ilk günlərindən etibarən bu mərkəzlərə üz tutmağa başlayacaqlar. Bundan başqa, ölkəmizə gələn çoxsaylı turistlər də belə mərkəzlərdə dincəlirlər. Bəs istirahət mərkəzlərinin xidmət keyfiyyəti yetərlidirmi?

Zeynəb Əliyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda kafe işlədən qadın: "Haram pulun bərəkəti olmaz"

Mütəxəssislərə görə, bir çox istirahət mərkəzlərində müştəriyə göstərilən xidmətin səviyyəsi çox aşağıdır. Belə ki, bölgələrdə, Bakının qəsəbələrində fəaliyyət göstərən istirahət mərkəzləri, kafe və restoranlarda hələ də müştərilərə menyu təqdim edilmir. Əslində, bunun xırda məsələ olduğunu zənn edib üstündən keçmək də olardı. Amma məsələ ondadır ki, menyunun təqdim edilməməsi istehlakçının aldanmasına birbaşa yol açır.

Turizm eksperti Ramil Zamanov Sputnik Azərbaycan-a bildirib ki, menyu iaşə müəssislərində tərtib edilir: "Menyuda həmin obyektdə verilən içkilərin, səhər, günorta, axşam yeməklərinin siyahısı, tərkibi və qiyməti göstərilir. Menyular gündəlik, toy, bayram və s. formada tərtib edilir. Menyuda hər bir yeməyin inqrediyenti, çəkisi və qiyməti göstərilməlidir. Hər bir ofisiant işlədiyi obyektdə müştərilərin sorğusuna dolğun cavab verə bilmək üçün hər günün menyusu ilə tanış olmalıdır".

Müsahibimiz qeyd edir ki, menyular xarici qonaqların rahatlığını təmin etmək üçün rus və ingilis dillərinə də tərcümə edilməlidir: "Menyu və qiymət cədvəli sifariş götürməzdən əvvəl müştəriyə təqdim edilməlidir. Müştəri yemək, onun hazırlanması qaydası haqqında maraqlandıqda, onun suallarına cavab verilməlidir. İçkilərin, yeməklərin pay ölçüsü və qiymətləri haqqında mütləq məlumat olmalıdır. İctimai iaşə obyekti satışa çıxardıqları qidaların, içkilərin tərkibinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə isə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçının malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, əldə etmək istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat almaq və s. hüquqları var: "Şənlik məclisi təşkil edirsinizsə, şadlıq evinə sifariş verməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına diqqət yetirməlisiniz. Həmçinin, qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsinə, məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına fikir verməlisiniz".

© © KarikaturaMenyu yoxdur
Menyu yoxdur - Sputnik Azərbaycan
Menyu yoxdur

"Bundan başqa, məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına və göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş qəbzinin ödəniş edildikdən dərhal sonra təqdim olunmasına diqqət yetirməslisiniz" — hüquqşünas bildirib.

Həmidli bildirir ki, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və işlərə görə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə — 800 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur: "Saxlama müddəti ötmüş məhsulların satılmasına görə — vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə — (bu, az miqdarda olduqda) 40 manatadək, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək cərimə olunurlar".

"Habelə, ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə — inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilir" — F. Həmidli qeyd edib.

Turizm eksperti Bahadur Bilalov isə Sputnik Azərbaycan-a açıqlamasında diqqətə çatdırıb ki, obyektlərdə menyunun olmaması probleminin həllinə yeni yaradılan Turizm Şurası nəzarət etməlidir: "İctimai iaşə müəssisələrində menyu təqdim edilmədiyi halda 200 manat, təkrar hal aşkar edilərsə, 1000 manat cərimə tətbiq edilir".

"Bu məsələyə ölkə səviyyəsində mütləq bir aydınlıq gətirilməli və qaydalar müəyyən edilməlidir. Təbii ki, əsas məsələ müştərinin aldadılmasının qarşısının alınmasıdır. Menyuda hazır məhsulun çəkisi, onun inqrediyentləri və qiyməti mütləq göstərilməlidir. Belə olan halda müştərinin aldadılması halı minimuma enir" — B. Bilalov vurğulayıb.

Xəbər lenti
0