CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli İnsanov barəsində növbəti sərt cəza

© Photo : aznews.azSabiq səhiyyə naziri Əli İnsanov
Sabiq səhiyyə naziri Əli İnsanov - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib

BAKI, 26 aprel — Sputnik. Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0