1986-cı il aprelin 26-da hazırkı Ukrayna ərazisində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Yerli vaxtla 1:24-də AES-də iki böyük partlayış baş verib. Birinci partlayışdan sonra yaranmış buxar AES-in dördüncü reaktorunun 1000 tonluq damını məhv edib. İkinci partlayış birincidən 2-5 saniyə sonra baş verib.
Dağılmış və yanan dördüncü reaktordan yayılan radiasiya Avropa qitəsnin hüdudlarından da kənara çıxıb. Rəsmi statistikaya görə, partlayışdan sonrakı ilk üç ay ərzində 31 nəfər həlak olub. Bundan sonra Çernobıl nüvə fəlakətinin sinoniminə çevrilib.
Sputnik Azərbaycan-ın infoqrafikasında Çernobıl AES-dəki qəzanın nəticələri ilə daha ətraflı tanış ola bilərsiniz.