Əkrəm Həsənov: “Cərimə nə qədər aşağıdırsa insan qorxmur”
Azərbaycanda cinayətə görə tətbiq olunan cərimələrin maksimum həddi iki dəfə artırılır.
Bununla bağlı Cinayət Məcəlləsinin 44-cü (Cərimə) maddəsinə dəyişiklik təklif edilir. Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, cərimə nə qədər yüksək olarsa o, insanları cinayət törətməkdən yayındırır: “Cərimə nə qədər aşağıdırsa insan qorxmur. Eyni ilə burada da belədir”.
“Yaxşı olardı ki, dövlət orqanı əvvəlcə statistika təqdim edərdi. Əgər statistikadan görünsə ki, cərimələrin artırılması cinayətlərin artıb-azalmasına təsir etmir, bu nəyə lazımdır, buna ehtiyac yoxdur axı” – deyə o bildirib.