CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avstriyalılar Qəbələdə oldular

© Sputnik / İlham AhmadovAvstriya səfiri Aksel Vex Qəbələdə olub
Avstriya səfiri Aksel Vex Qəbələdə olub - Sputnik Azərbaycan
Abunə olmaq
Nümayəndə heyətinə Qəbələ şəhərinin tarixi, sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Avstriya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

Rayon icra hakimiyyətində keçirilən görüş zamanı rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ rayonunda sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında danışıb. Həmçinin nümayəndə heyətinə Qəbələ şəhərinin tarixi, sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib.

© Sputnik / İlham AhmadovAksel Vexin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib
Aksel Vexin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib - Sputnik Azərbaycan
Aksel Vexin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib

Qəbələ Qida Şəhərciyində olan qonaqlara məlumat verilib ki, burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin istehsal gücü saatda 3 ton hazır məhsul təşkil edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat formada məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 

Azərbaycanın Qəbələ və Koreya Respublikasının Qyonqcu şəhərləri arasında “Dostluq münasibətləri üzrə saziş” imzalanıb - Sputnik Azərbaycan
Qəbələ ilə Qyonqcu əməkdaşlıq edəcəklər

Nümayəndə heyəti Qəbələ regional "ASAN xidmət" mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif dövlət orqanları tərəfindən göstərilən çoxsaylı xidmətlər əlaqələndirilmiş formada həyata keçirilir. Mərkəzin göstərdiyi funksional yardımçı xidmətlərin siyahısı daha böyükdür. Bura bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları daxildir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan fəaliyyətin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır. Daha sonra "Beltmann" piano fabriki ilə də tanış olan qonaqlara bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.

Səfərinin sonunda nümayəndə heyəti rayonda yaradılan müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olublar, qonaqlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib.

Xəbər lenti
0