BAKI, 25 aprel — Sputnik. Birləşmiş Ştatlar, Bəşər Əsəd rejiminin İdlib vilayətində kimyəvi silahdan istifadəsinə görə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar 271 nəfər suriyalı elm adamını əhatə edir. Bu adamlar, Suriyada kimyəvi silahların istehsal olunduğu elmi-tədqiqat mərkəzində işləyirlər.
Xatırladaq ki, aprel ayının 4-də Suriya ordusu İdlib şəhərinə kimyəvi silahlarla hücum edib, hadisədə 100-ə yaxın sivil insan dünyasını dəyişib.