Türkiyə XİN-dən Trampa kəskin etiraz

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
"Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir"

BAKI, 25 aprel — Sputnik. ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq” — məlumatda deyilir.

ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” adlandırıb.

1915-ci ildə Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də  “soyqırım”ın ildönümünü qeyd edirlər.

Xəbər lenti
0