Səfəvi hökmdarları Lənkərana səfərləri zamanı ilk olaraq Şeyxin məzarını ziyarət edərlərmiş Səfəvi Şeyx Heydər tərəfindən isə Şeyx Zahidin dəfn olunduğu yerdə türbə ucaldılıb.
Sonralar dəniz səviyyəsinin qalxması nəticəsində Siyavur kəndini su basır və türbə dəfələrlə su altında qalır, ona görə də Şah İsmayıl Xətai ulu babasının qəbrini Hiləkəran (indiki Şıxakəran) kəndinə köçürərək yenidən məqbərə ucaltdırır. Səfəvi hökmdarları Lənkərana səfərləri zamanı ilk olaraq Şeyx Zahidin türbəsini ziyarət edib orada namaz qılıblar.
Məzar daşı Ermitaja aparılıb. Şıxakəran kəndinin axundu Əzizov Muxtar Sputnik Azərbaycan-a danışır ki, Şeyx Zahid türbəsi 1944-cü ildə Sovet hökuməti tərəfindən sökülüb.
Yalnız Sovet İttifaqı dağılandan sonra kəndimizin imkanlı şəxsləri öz şəxsi vəsaitləri hesabına Şeyx Zahid türbəsini yenidən inşa etdilər. Hazırda türbəyə Şıxakəran kənd sakini Anar Məmmədov nəzarət edir.