Eks-prezidentdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

© REUTERS / Yuri GripasABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq prezident: "Əgər o vaxt facebook, instagram olsaydı və mən də hər çəkdiyim şəkili internetə yükləsəydim, böyük ehtimalla prezident ola bilməzdim"

BAKI, 25 aprel — Sputnik. ABŞ-ın sabiq prezidenti Barak Obama 3 ay aradan sonra ictimaiyyət qarşısında çıxış edib. Çikaqo şəhərində məktəblilərə səslənən Obama, şagirdləri sosial şəbəkələr mövzusunda diqqətli olmağa çağırıb.

"Mən də vaxtilə sizin kimi gənc olmuşam. Mənim də çoxlu yadda qalan əyləncəli və çılğın anlarım olub. Əgər o vaxt facebook, instagram olsaydı və mən də hər çəkdiyim şəkili internetə yükləsəydim, böyük ehtimalla prezident ola bilməzdim. Siz nə qədər savadlı olsanız da, sosial media heç nəyi bağışlamır. Bu mövzuda diqqətli olmağınızı tövsiyə edirəm" — sabiq dövlət başçısı bildirib.

Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Barak Obama, karyerası barədə isə bunları deyib: "Yeni vəzifəm, gənc liderləri həvəsləndirmək və gücləndirmək olacaq".

Çıxışı zamanı daha çox gənc liderləri dinləməyə üstünlük verən Obama, "anlamağın ən yaxşı yolu dinləməkdir. Cavab vermək yerinə, dinləyin. Bunu evlilikdə öyrəndim" deyib.

Xəbər lenti
0