Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda məhkəmə prosesində faciə

© Sputnik / Ilham MustafayevQazax rayon məhkəməsinin İcra şöbəsi
Qazax rayon məhkəməsinin İcra şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Qazax rayonunda baş tutan mülki məhkəmə prosesində yaşanıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Bu gün Qazax Rayon Məhkəməsində baş tutan mülki məhkəmə prosesi zamanı ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, məhkəmədə nümayəndə qismində iştirak edən, Qazax rayon Xanlıqlar kənd sakini, 72 yaşlı Cəbrayıl Alməmmədov ifadə verərkən ürək tutmasından yıxılıb.

Şahidlərin bildirdiyinə görə, yıxılan şəxsə məhkəmənin hakimi Qurban Abbasov tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

Xəbər lenti
0