ELM

IV Beynəlxalq elmi konfrans başa çatıb

© Sputnik / Rahim MuradovLənkəranda baş tutan IV Beynəlxalq elmi konfrans
Lənkəranda baş tutan IV Beynəlxalq elmi konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Konfrans iştirakçıları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və dünya ailmlərinə müraciət ediblər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Lənkəranda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda IV Beynəlxalq elmi konfrans işini yekunlaşdırıb. 

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans - Sputnik Azərbaycan
CƏMİYYƏT
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” konfransı keçirilir

AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cumhuriyyətinin Atatürk Araşdırma Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransın yekun iclasında ilk olaraq çıxış edən Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov 2 gün davam edən konfrnasın mahiyyətini yenidən konfrans iştirakçılarına diqqətinə çatdırıb.

Sonra Yaqub Mahmudov konrans çərçivəsində təşkil edilən kitab sərgisində sərgilənən erməni vəhşiliklərindən bəhs edən və tarixi faktları özündə əks etdirən kitablardan Lənkəran rayon icra başçısı Taleh Qaraşova hədiyyə edib. Daha sonra konfransın digər məsul şəxsləri çıxış ediblər. Sonda isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və dünya ailmlərinə müraciətlər oxunub. 

© Sputnik / Rahim MuradovLənkəranda baş tutan IV Beynəlxalq elmi konfrans
Lənkəranda baş tutan IV Beynəlxalq elmi konfrans - Sputnik Azərbaycan
Lənkəranda baş tutan IV Beynəlxalq elmi konfrans

Konfrans başa çatdıqdan sonra iştirak edən yerli və xarici qonaqlar Lənkəran şəhərində tanışlıq məqsədilə gəzintiyə çıxıblar. Qonaqlar Xan evi-Lənkəran Tarix Diyarşümaslıq Muzeyini, Azərbaycanlıların Soyqırımı Xatirəsinə ucaldılan abidəni, İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini, Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Sütəmurdov kəndində 1918-ci ildə xüsusi amasızlıqla qətlə yetirilən kənd şəhidlərinin məzarını, Şıxakəran Kəndində Şeyx Zahidin Türbəsini ziyarət ediblər. Daha sonra isə Astaranın Pensər kəndində dəfn edilən Seyyid Cəmaləddin Türbəsinə və erməni daşnaqlarının hücumunun qarşısını alarkən şəhid olan Camal Yunus Paşa və Hacı Osmanın da məzarına da baş çəkiblər.

Xəbər lenti
0