BAKI, 25 aprel — Sputnik. Bu gecədən etibarən Türkiyə hərbi hava qüvvələrinin Suriya və İraqın şimalındakı PYD-YPG mövqelərinə zərbələr endirməsinə rəsmi Bağdaddan ilk reaksiya gəlib.
Sputnik Türkiyə xəbər verir ki, mövzu ilə bağlı yazılı açıqlama verən İraqın Xarici İşlər nazirliyi, əməliyyatı "suverenliyin pozulması" olaraq xarakterizə edib.
"Türk hökumətinin İraq hökuməti ilə koordinasiya edilmədən etdiyi hər hansı bir əməliyyat beynəlxalq hüquqa tamamilə ziddir. Bu açıq-aşkar suverenlik haqlarımızın tapdalanmasıdır" — bəyanatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri bu gecədən etibarən İraqın şimalındakı Sincar bölgəsində PKK-YPG, həmçinin Suriyadakı PYD mövqelərini bombalamağa başlayıb.
Hazırki ana olan məlumatlara görə, əməliyyat zamanı onlarla terrorçu məhv edilib.