BAKI, 25 aprel — Sputnik. Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Son sutka ərzində ölkənin qərb bölgəsində hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb, xəsarət alanlar var.
Ölkə prezidenti Nikolas Maduronun əleyhinə çıxış edən nümayişçilər Venesuela parlamentinin hüquqlarının tam bərpasını, vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini, ölkə iqtisadiyyatının bərpası prosesinin başlanmasını tələb edirlər.
Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Sonradan qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.