Amerikadan Şimali Koreyaya misli görünməmiş gözdağı

© DON S. MONTGOMERY / Navy Visual News Service (NVNS) / AFPAmerikanın nüvə başlıqlı sualtı gəmisi
Amerikanın nüvə başlıqlı sualtı gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın ən böyük aviadaşıyanı "Karl Vinson" və digər döyüş gəmiləri də qısa müddətdə Koreya yarımadasındakı Pusan limanına çatacaq

BAKI, 25 aprel — Sputnik. Şimali Koreya-ABŞ gərginliyində daha bir səhifə açılıb. Pxenyan rəhbərliyinin qitələrarası ballistik raket sınağını davam etdirəcəyini açıqlamasından sonra, Amerika özünün nüvə başlıqlı sualtı gəmisini Koreya yarımadasına göndərib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, gəmidə nüvə mərmiləri ilə yanaşı, 154 ədəd "Tomahawk" raketləri və 60 nəfər xüsusi hərbçi də yer alıb.

ABŞ-ın ən böyük avıadaşıyanı "Karl Vinson" və digər döyüş gəmiləri də qısa müddətdə Koreya yarımadasındakı Pusan limanına çatacaq.

Şimali Koreya isə ordunun yaranmasının 85-ci ildönümünü qeyd etməyə hazırlaşır. Prezident Kim Çen In bu özəl gün münasibətilə daha bir ballistik raket sınağı həyata keçirmək üçün göstəriş verə bilər.

Xəbər lenti
0