BAKI, 25 aprel — Sputnik. İraqın Kərkük əyalətində, çöl donuzları (qaban) anidən İŞİD terrorçularının düşərgəsinə hücum edib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, əl-Raşad bölgəsində baş verən hadisə zamanı 3 İŞİD yaraqlısı donuzlar tərəfindən parçalanıb.
Terrorçular, donuzların təsərrüfat sahələrinə hücum etdiyini görəndən sonra onları qovmağa başlayıblar. Elə bu anda, özləri qəfildən hücuma məruz qalıblar. Nəticədə, çöl donuzları silahlılardan üçünü öldürüb.