Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu dərmanların idxalı qadağan edildi

© Photo : customs.gov.az"Mazımçay" gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb
Mazımçay gömrük postunda qanunsuz dərman preparatları aşkar edilərək götürülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan edilib

BAKI, 25 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında" Qanunda dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna 4.8-ci maddə əlavə edilib.

Əlavəyə görə, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.

Dəyişiklik "Dərman vasitələri haqqında" Qanunu "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 359-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0