Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Azərbaycanda ana və uşaq ölümü səviyyəsi aşağı düşüb"

© Photo : APAZiyafət Əsgərov - Milli Məclis sədrinin I müavini
Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyafət Əsgərov: "Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib"

BAKI, 25 aprel — Sputnik. "Bu gün biz regional inteqrasiya proseslərinin geniş vüsət aldığı bir dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan bir çox siyasi, iqtisadi, ekoloji və digər problemləri yalnız ölkələrin birgə səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 48-ci iclasında, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Bakıda regional konfrans keçirilir

"Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu bu qədər dərindən hiss olunmamışdı. Düşünürəm ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) üzvü olan ölkələrin yerləşdiyi regiona da aid etmək olar" deyən Z. Əsgərovun sözlərinə görə, komitənin gündəliyinə daxil olan mədəniyyət, təhsil, sosial məsələlər nəinki Azərbaycan, ümumiyyətlə, QDİƏT və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir.

O bildirib ki, Azərbaycanda iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması, ölkədə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunmasına və problemlərinin davamlı həllinə imkan yaradıb: "Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi ölkədə səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il investisiya yatırılmaqdadır. Rayonlarımızda 500-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Tibb müəssisələrinin hər biri müasir texnika və avadanlıqla təchiz edilib. Ölkəmizdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait bir neçə dəfə artıb".

"Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda ana və uşaq ölümü səviyyəsi aşağı düşüb. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığa üstünlük verilib. Xüsusilə də vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir" — birinci vitse-spiker vurğulayıb.

Xəbər lenti
0