BAKI, 25 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb. Layihə səsə qoyularaq təsdiq edilib.
Qeyd edək ki, Bakı şəhər prokuroru Ə. Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.