Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit şərtləri bu qədər asan olmamışdı

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qanun öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını tənzimləyir

BAKI, 25 aprel — Sputnik. "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu qanun öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür.

Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb. 

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
Kredit götürməklə bağlı gözlənilməz dəyişiklik

Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Layihəyə əsasən daşınar əmlakın dövlət reyestrinin yaradılması nəzərdə tutulur. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək.

Layihədə bildirilir ki, yüklülük predmeti – mülki dövriyyədən çıxarılmamış və yüklülük verənin mülkiyyət, sahiblik, istifadə kimi özgəninkiləşdirilə bilən hüquqları olan istənilən daşınar əmlakdır.

Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Layihə səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0