Dövlət başçısı oğlunu ABŞ-a səfir təyin etdi

© Photo : PUBLIC DOMAINXalid bin Səlman
Xalid bin Səlman - Sputnik Azərbaycan
Abunə olmaq
Analitiklər bu təyinatla Səudiyyə Ərəbistanının ABŞ-ın yeni rəhbəri Donald Trampla əlaqələri gücləndirmək niyyətində olduğunu bildirirlər

BAKI, 24 aprel — Sputnik. Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz, oğlu şahzadə Xalid bin Səlmanı Amerikaya səfir təyin edib. Sputnik Azərbaycan bu barədə "Əl-Ərəbiyə" agentliyinə istinadən məlumat verir.

Hərbi pilot olaraq Suriyada İŞİD və Yəməndə husilərə qarşı əməliyyatlara qatılan Xalid, təhsilini ABŞ-ın Harvard və Corctaun universitetlərində alıb. Analitiklər bu təyinatla Səudiyyə Ərəbistanının ABŞ-ın yeni rəhbəri Donald Trampla əlaqələri gücləndirmək niyyətində olduğunu bildirirlər.

Xəbər lenti
0