Donald Tramp erməniləri məyus etdi

© REUTERS / Carlos BarriaDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi ənənəvi açıqlamada “soyqırım” ifadəsini işlətməyib

BAKI, 24 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp da qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” (“Mets Yegern”) adlandırıb.

Sputnik Ermənistan-ın məlumatına görə, Donald Tramp 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi ənənəvi açıqlamada “soyqırım” ifadəsini işlətməyib.

Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də  “soyqırım”ın ildönümünü qeyd edirlər.

Xəbər lenti
0