Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təbiət daha bir bölgəmizə amansız üzünü göstərdi

Abunə olmaq
Küləyin sürəti o qədər güclü olub ki, bir neçə yaşayış evinin damı uçub, həyətlərdəki avtomobillərə ziyan dəyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Dünən axşamdan etibarən başlayan güclü külək Azərbaycanın şimal rayonlarında ciddi fəsadlar törədib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunda, Şabran rayonunun Zeyvə kəndinə, Kənd Dəvəçi qəsəbəsində, eləcə də Qusarın bir neçə kəndində ağaclar qırılaraq yollarda maşınların gediş-gəlişini çətinləşdirib.

© Sputnik / Shahperi AbbasovaŞimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb
Şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb - Sputnik Azərbaycan
Şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb

Habelə, bölgədə elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb. İnternet əlaqəsi kəsilib. Sakinlər güclü küləyin kənd təsərrüfatına da ciddi ziyan vurduğunu bildiriblər.

Küləyin sürəti o qədər güclü olub ki, bir neçə yaşayış evinin damı uçub, həyətlərdəki avtomobillərə ziyan dəyib. Hazırda bölgədə güclü külək əsməkdə davam edir.

Xəbər lenti
0