Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Görkəmli bəstəkar dəfn olundu

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub

BAKI, 24 aprel — Sputnik. Bakıdakı Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov Ramiz Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb. Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xəbər lenti
0