BAKI, 24 aprel — Sputnik. 1902-ci il aprelin 24-də görkəmli aktyor, Azərbaycan və SSRİ-nin Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 — 22.6.1978) Şəkidə anadan olub.
Uzun illər Akademik Dram Teatrında çalışıb.
“O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərifi), "İyirmialtılar” (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.