Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Gözəllik kraliçası" yenidən səhnədə

© Sputnik / Murad OrujovЗдание Азербайджанского государственного театра юного зрителя в Баку
Здание Азербайджанского государственного театра юного зрителя в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşada bir çox tanınmış əməkdar artistlər rol alıb

BAKI, 24 aprel — Sputnik. Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın "Lineynin trilogiyası"na daxil olan 3 əsərindən biri – "Lineynin gözəllik kraliçası" tamaşası növbəti dəfə nümayiş etdirilib.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Böyük Britaniyalı rejissor Yan Vilyem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyondur (Böyük Britaniya). 

Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
Beynəlxalq Teatr Günü

Tamaşada əsas obrazları Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Eşqin Quliyev ifa ediblər.

Qeyd edək ki, pyesanın süjet xətti Meq adlı, 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyini izləyir. Morinin bacıları ərə gedərək, bu aqibətdən canlarını qurtarıblar. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalıb. Xaricdən qayıtmış, lakin tezliklə yenə yola düşəcək Pato Dulinin gəlişi xoşbəxtliyə qovuşmaq şansını Morinə bəxş edəcəkmi?

Qeyd edək ki, may ayında ölkəmizdə keçiriləcək "IV İslam Həmrəyliyi Oyunları" müddətində kollektiv tamaşanı ölkəmizə təşrif buyuran qonaqlar və xarici turistlər üçün də nümayiş etdirəcək.

Xəbər lenti
0