Dəmir yolu nəqliyyatından istifadə edənlərə sevindirici xəbər

© Sputnik / Murad OrujovDəmir yolu
Dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur

BAKI, 24 aprel — Sputnik. Ucar-Əlikənd mənzilində 6 km dəmir yolu əsaslı təmir olunur. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Cavid Qurbanov, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəmiryolu nəqliyyatında da qiymətlər qalxır

O bildirib ki, hazırda ölkədə dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi həyata keçirilir: "Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Ucar-Əlikənd mənzilində 4 km və Ucar stansiyasında 2 km dəmir yolunun əsaslı təmirinə start verilib".

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 271 km dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti
0