Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropalılar ənənəvi siyasətçilərdən beziblər"

© AP Photo / Henri GrivotКуклы французских кандидатов в президенты Марин Ле Пен, слева и Франсуа Фийон, фото из архива
Куклы французских кандидатов в президенты Марин Ле Пен, слева и Франсуа Фийон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Marin Le Penin, Dağlıq Qarabağla bağlı ölkəmizin maraqlarına zidd, xoşagəlməz ifadələri olub. Ona görə də, Azərbaycan üçün Emmanuel Makronun qalib gəlməsi daha yaxşı olar"

BAKI, 24 aprel — Sputnik. "Fransadakı millətçi qüvvələr qaçqın və terror problemindən məharətlə istifadə etdilər. Ona görə 6 milyondan çox seçici öz səsini radikal millətçi Marin Le Penə verdi". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı

Fransada keçirilən prezident seçkilərinin ilk turunda mərkəz sağçı Emmanuel Makronla mübarizə aparan radikal millətçi Le Penin uğurunu şərh edən millət vəkili, bunun təsadüfi olmadığını söyləyib: "Avropada qaçqınlar və terrorla bağlı yaranan vəziyyət ictimai rəydə ciddi dəyişikliklərə səbəb olub. Millətçi qüvvələr də bu vəziyyətdən məharətlə istifadə edirlər".

"Bir məsələni xüsusi qeyd eləməliyik ki, Marin Le Penin rəhbərliyindəki sağçı qüvvələr "Fransa fransızlar üçün", "Fransa Avropa İttifaqından çıxmalı, avrodan imtina etməlidir" kimi şüarları ilə 6 milyondan çox səs toplaya biliblər. Ancaq diqqət etsək, görərik ki, onun rəqibi, "İrəli" Hərəkatının rəhbəri Emmanuel Makron elə də güclü rəqib, ya da hansısa aparıcı siyasi partiyanın rəhbəri deyil" — A. Mollazadə vurğulayıb.

Onun sözlərinə görə, hazırki prezident Olland dövründə ölkədə iqtisadi durumun ağırlaşması, sosial rifahın aşağı düşməsi yeni simaların üzə çıxmasına şərait yaratdı: "Mərkəzçi mövqedən çıxış edən, Sosialist Partiyadan çıxmış, "İrəli" Hərəkatını quran Makron hazırda birinci yerdədir" — millət vəkili bildirib.

Mollazadə hazırda Avropada çox ağır proseslərin getdiyini deyib: "Mayın 7-də keçiriləcək seçkinin ikinci turunda, ola bilər ki, bütün qüvvələr birləşərək millətçi Le Penin qarşısını alsınlar. Oxşar proses tək Fransada yox, bütün Avropa miqyasında — Hollandiyada, Almaniyada, Avstriyada, hətta Amerikanın özündə də gedir. Artıq ictimaiyyət, ənənəvi siyasətçilərə yox deyir. Bu cür siyasətçilər hazırki mühitdə öz nüfuzlarını itiriblər".

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

"Marin Le Penin, Dağlıq Qarabağla bağlı ölkəmizin maraqlarına zidd, xoşagəlməz ifadələri olub. Ona görə də, Azərbaycan üçün Emmanuel Makronun qalib gəlməsi daha yaxşı olar".

Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. Onun sözlərinə görə, hazırda Fransanın timsalında Avropa qitəsində yeni siyasi vəziyyət yaranıb: "Fransada yeni siyasi mənzərə yaranıb. Bu mənzərə ondan ibarətdir ki, uzun illər ərzində biz Fransa prezidentlərini ya Sosialist Partiyadan, ya da Respublikaçılar Partiyasından görürdük. İndi isə hakimiyyətə tamamilə başqa bir siyasi dairələrin nümayəndələri gələ bilər".

"Bunlardan biri radikal millətçi, digəri isə yeni bir hərəkatın rəhbəridir. Bu, özü-özlüyündə onu göstərir ki, fransalı seçici, o cümlədən avropalı seçici ənənəvi, sistemli siyasətçilərdən yorulub. Nəzərə almalıyıq ki, geosiyasi vəziyyət də dəyişib. Müxtəlif təhlükələr, çağırışlar gündəmdədir. Seçici yeni bir siyasətçi, dövlət başçısı axtarışındadır. Biz onu Amerikanın timsalında gördük. İndi də Fransada eyni şey təkrar oluna bilər" — Sadıxov qeyd edib.

O, hazırki iki namizəd arasında normal siyasi kurs izləyə biləcək namizəd kimi Emmanuel Makronu görür: "Ona görə də düşünürəm ki, onun seçilməsi daha yaxşı olar. Elə Azərbaycan üçün də Makron ən yaxı seçimdir. Çünki digər namizəd Marin Le Penin Dağlıq Qarabağla bağlı ölkəmizin maraqlarına zidd, xoşagəlməz ifadələri olub".

Xəbər lenti
0