Toğrul İsmayıl: “Türkiyədə Konstitusiyadakı məsələlərin həlli konsesiusla gerçəkləşdirilməlidir”
Türkiyədə referendumun nəticələri elan olunandan sonra bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Nümayişlərdə polis və aksiya iştirakçıları arasında toqquşmalar yaşanıb.
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl Sputnik Azərbaycana deyir ki, hələlik hüquqi mübarizə davam etdiyi üçün dəqiq söz söyləmək çətindir: “Referendumdan çıxan nəticələr o qədər yaxındır ki, qızğın siyasi müzakirələr davam edir. Xüsusən də YSK-nın aldığı qərarın hüquqi tərəfləri gündəmə gətirildiyi üçün hüquqi mübarizələr də davam edir”.
“Türkiyədə geniş iğtişaşlar, mitinqlər yoxdur. Unutmaq lazım deyil ki, ölkədə fövqəladə vəziyyət hökm sürür. Geniş mitinqlərin olacağı ehtimalı azdır. Qəbul olunan dəyişikliklər 2019-cu ildən tətbiq olunacaq. Konstitusiyadakı məsələlərin həlli konsensusla gerçəkləşdirilməlidir” – deyə o bildirib.