HDP-dən Türkiyəyə qarşı böyük xəyanət

© Photo : kurdishinfo.comHDP partiyasının bayrağı
HDP partiyasının bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türk polisi xəyanətkarları meydandan qovdu

BAKI, 24 aprel — Sputnik. İstanbulda Xalqların Demokratik Partiyasının təşkilatçılığı ilə, qondarma "erməni soyqırımı"nın 102-ci il dönümü qeyd olunub. Partiya rəhbərliyi anım mərasimini Pangaltı Metrosu qarşısında keçirmək istəsə də, türk polisi buna icazə verməyib. Sputnik Azərbaycan bu barədə "AGOS" qəzetinə istinadən xəbər verir.

Partiya rəsmiləri polisləri razı salmağa çalışsa da, nəticəsi olmayıb. Meydana yığışan az sayda kütlə daha sonra partiya qərargahına keçib. Əllərində "unutma, unutdurma" plakatları daşıyan aksiya iştirakçıları, "üzləşmə olmasa, soyqırımlar bitməz" şüarlarını səsləndiriblər.

Mitinq sonda heç bir problem olmadan başa çatıb.

Xəbər lenti
0