Rəşad Həsənov: “Xərclərin azaldılması idxal bazarına müsbət təsir edəcək”
Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, lisenziya birdəfəlik ödəniş olduğu üçün onların həcmi heç də böyük deyil: “Buna baxmayaraq, kiçik sahibkarlar proseslərdə iştirakdan çəkinirlər, bu ödənişləri həyata keçirə bilmirlər. İdxal-ixrac əməliyyatları elədir ki, burada fərdi təşəbbüskarlığın da əhəmiyyəti var”.
“Bu istiqamətdə müəyyən qədər sadələşmə və asanlaşma, xərclərin azaldılması idxal bazarında əhəmiyyətli ola bilər. Bildiyimiz kimi, siqaret və spirtli içkilərlə bağlı qaçaqmalçılıq çox sürətlə yayılır. Hazırda qeyri-leqal idxalın bazarda 10-15 faizlik payı var. Prosedurların sadələşdirilməsi müəyyən qədər bu idxalın məhdudlaşdırılmasına gətirib çıxara bilər” – deyə o bildirib.