BAKI, 23 aprel — Sputnik. Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.
Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.
Mingəçevir şəhər polis şöbəsindən əldə olunan ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.