BAKI, 23 aprel — Sputnik. Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron öndədir. O, 23,7 % səs toplayıb.
Onun əsas rəqibi “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 22%-lə ikinci yerdədir.
Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon və "Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşon 20% səs toplayırlar.
Beləliklə, Fransada prezident seçkilərinin iki turdan ibarət olacağını deyən analitiklərin sözləri doğrulur. Çünki bu gedişlə namizədlərdən hər hansının 50%-dən yuxarı səs qazanacağı real görünmür.
Seçkilərdə 11 namizəd iştirak edir.