BAKI, 23 aprel — Sputnik. ATƏT-in monitorinq missiyasının avtomobili Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Anti-Terror Əməliyyatları qərargahının mətbuat xidməti məlumat yayıb.
İnsident nəticəsində ATƏT-in monitorinq missiyasının bir əməkdaşı ölüb, digəri isə yaralanıb.