Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Arıqlamaq istəyənlər bunlardan imtina etməlidirlər

CC0 / Didgeman / чипсыKartof çipsləri
Kartof çipsləri - Sputnik Azərbaycan
Abunə olmaq
Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidirlər

BAKI, 23 aprel — Sputnik. Amerikalı alimlər bildiriblər ki, qarğıdalı, noxud və kartof artıq çəkidən xilas olmağa kömək edir. Onlar eksperimentin 30 min iştirakçısının qidalanma gündəliyini təhlil ediblər.

AZƏRTAC xəbər verir ki, eksperiment iştirakçıları bir neçə il ərzində yemək rasionlarının gündəliyini yazıblar. Məlum olub ki, insanın arıqlamasına məhz adı çəkilən tərəvəzlər imkan vermir, çünki onların tərkibində çoxlu nişasta var.

ABŞ-ın Skidmor Kollecinin diyetoloqları daha əvvəl bildiriblər ki, piylərin əriməsinə və əzələ kütləsinin yığılmasına kömək edən pəhriz zülal tərkibli olmalıdır. Yəni gün ərzində 4-5 dəfə yemək lazımdır və hər dəfə də rasionda 20 qram zülal olmalıdır.

Xəbər lenti
0